Azedu.az

BŞTİ: İki məktəbin birləşdirilməsi yanlış məlumatdır 

3 İyun 2024, 10:34
BŞTİ: İki məktəbin birləşdirilməsi yanlış məlumatdır 

Paytaxtda iki təhsil müəssisəsinin birləşdirilməsi və tədrisi digər dildə aparılan bölmənin ləğvi ilə bağlı bir qrup valideyn arasında yayılmış məlumatın əsassız olduğu üzə çıxıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru N.Əsgərovaya həvalə edilib.

 

25 nömrəli tam orta məktəbdə dərs prosesi normal şəkildə davam edir, tədrisin təşkilində hər hansı dəyişiklik nəzərdə tutulmur.

 

Təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox