Azedu.az

Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov kimdir?

Maraqlı

Müəllimlər və elm adamları

31 May 2024, 11:51
Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov kimdir?

Naxçıvan Muxtar Respublikası təhsil naziri təyin edilib.


AzEdu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.

 

Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan MR təhsil naziri təsdiq edilib.

 

Qeyd edək ki, 1982-ci ldə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. 


Elxan Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub. 


Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət “Hədəf” Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb.


Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dilində işgüzar  və akademik komminukasiya” fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 


Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. Həmçinin, təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.


O, ümumtəhsil müəssisələrində hazırda tədrisdə istifadə edilən Azərbaycan dili dərsliklərinin redaktorudur. Həmçinin 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizasında ekspert və rəyçi kimi fəaliyyət göstərib.


2015-2016-cı illərdə Milli qiymətləndirmə çərçivəsində 6-8-ci siniflər üzrə Azərbaycan dili fənninə dair monitorinqdə qiymətləndirmə vasitələrinin hazırlanmasında işçi qrupunun üzvü olub. Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak edib. E.Nəcəfov dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir. 

 
Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa İttifaqı, UNICEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib. ARTİ-də fəaliyyət göstərdiyi müddətdə metodiki xidmətlə bağlı bir çox məqalələrin və metodik vəsaitlərin müəllifidir. Ailəlidir, iki övladı var. Nazir müavini bu gün kollektivə təqdim edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox