Azedu.az

PROQNOZ: Qəbulun II cəhdi daha asan olacaq

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

29 May 2024, 14:22
PROQNOZ: Qəbulun II cəhdi daha asan olacaq

Mayın 26-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirildi. Abituriyentlərin əksəriyyəti sualların çətin səviyyədə olduğu qənaətindədirlər.

 

Bəs, görəsən, qeyd edilən çətinlik keçid ballarına necə təsir edəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə qəbul imtahanının II cəhdi daha asan olacaq:

 

“Çünki I qəbul imtahanı çətin olmasaydı, abituriyentlərin əksəriyyəti bununla kifayətlənib, ikinci cəhddə iştirak etmək istəməyəcəkdilər. Bütün abituriyentlərə tövsiyə edirəm ki, mütləq şəkildə digər qəbul imtahanında da iştirak etsinlər.

 

Əslində I imtahanın da çətin olduğunu deyə bilmərik. Abituriyentlərin bir qismi coğrafiya, bir qismi isə tarix fənninin daha çətin olduğunu qeyd ediblər. Təbii ki, Coğrafiyanı yaxşı bilən üçün asan, yaxşı bilməyən üçün çətin olur.

 

İmtahandan sonra bir neçə müəllimləsəviyyəsi barədə maraqlandım.Müəllimlərin qənaətinə görə builki qəbul, keçənilki qəbul imtahanından asan idi”.

 

Ekspert keçid ballarının artacağını qeyd edib:

 

“Əvvəlki açıqlamalarımda da qeyd etdiyim kimi, abituriyentlər buraxılış imtahanı asan olub deyə, qəbul imtahanın da asan olacağı qənaətinə gəlməməlidirlər. Qəbula daha ciddi hazırlaşmalıdırlar. Düzdür, II cəhd imtahanının I imtahana nisbətdə asan olma ehtimalı var, lakin abituriyentlər buna arxayın olmamalıdırlar.

Keçid balları konkret olaraq artacaq. Niyə? Çünki buraxılış imtahanlarındakı yüksək nəticəkər göz qabağındadır. Hətta ehtimal edirəm ki, ən çox balın qalxacağı I və III qruplarda müşahidə ediləcək”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox