Azedu.az

Nazir: Bizim tariximizdə bu qədər tələbə xaricdə oxumayıb

Maraqlı

Müəllimlər və elm adamları

27 May 2024, 11:20
Nazir: Bizim tariximizdə bu qədər tələbə xaricdə oxumayıb

Bizim tariximizdə heç vaxt bu qədər tələbə eyni anda bu qədər nüfuzlu universitetdə oxumayıb.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

 

“Biz bunun müsbət nəticələrini görəcəyik” – nazir bildirib.

 

Emin Əmrullayev qeyd edib ki, Dövlət Proqramına bu ilin may ayına qədər müraciət edən hər 3 namizəddən 1-i dünyanın top 10 universitetinə qəbul olub. Həmçinin o əlavə edib ki, bu ilin may ayının sonuna qədər Dövlət Proqramı üzrə 330 namizəd müraciət edib ki, onlardan da 96-sı Top-10 universitetlərə qəbul alıb.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox