Azedu.az

9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi 

Məktəblər

Müəllimlər və elm adamları

25 May 2024, 09:19
9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi 

Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə məlumat paylaşılıb 

 

Paylaşımlarda yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.

 

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.

 

DİN-in mətbuat xidmətindən bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

 

"16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.

 

Ona nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.

 

Polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülür", - açıqlamada bildirilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox