A-Level Təhsil Şirkətlər Qrupunun yaradıcısı Ayan Əliyeva Maryland State Department of Education tərəfindən Merilendin universitetində keçirilən təhsil liderliyi forumunda iştirak edib.
AzEdu.az xəbər verir ki, Merilend ştatının Təhsil üzrə Dövlət Nəzarətçisi Dr.Carey Wright tələbələrin öz dillərini qorumasına kömək etdiyinə görə A-Level Təhsil Şirkətinə təşəkkür edib.
“Biz təhsil üçün xaricə gələn gənclərin ikinci dilini qoruması üçün kömək edirik. Burada ikinci dil dedikdə Azərbaycan, ingilis, rus, ukrayna dillərini nəzərdə tuturuq.
Amerikanın Təhsil nazirliyinin rəsmisi ilə görüşdə bu addımımız çox müsbət qiymətləndirildi. Həmçinin, bizə resurs və kitab dəstəyini göstərməyə də hazırdırlar".