Azedu.az

ABŞ səfirliyi tələbələr üçün təqaüd proqramı elan edib

1 Noyabr 2018, 17:46
ABŞ səfirliyi tələbələr üçün təqaüd proqramı elan edib

Amerika Birləşmiş Ştatları höküməti Qlobal Tələbə Mübadilə Proqramını (UGRAD) elan edib.

Səfirlikdən AzEdu.az-a verilən məlumatına görə, artıq proqramın 2019-2020 illər üçün qeydiyyatı başlayıb.

“Global UGRAD” proqramı Azərbaycan universitetlərinin 1-ci, 2-ci və ya 3-cü kurs tələbələrinə ABŞ-ın təqaüd programını qazanmaqla, ABŞ-da bir illik akademik semester müddəti ərzində bakalavr pilləsində qeyri-dərəcəli təhsil almaq üçün gözəl bir fürsət təqdim edir.

Qeyd edək ki, təqaüd proqramı vasitəsilə beynəlxalq səyahət, təhsil, yerləşdirmə və qidalanma, qəza/tibbi sığorta, kitablar üçün vəsait, aylıq kiçik təqaüd əhatə ediləcək. Müraciətin son tarixi 31 dekabrdır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox