2024-cü il mayın 15-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.
Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahanda 1 nəfər əcnəbi olmaqla, 14 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 29 may 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/toefl/