Azedu.az

V ixtisas qrupu: Keçid balları artacaq?

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

14 May 2024, 09:36
V ixtisas qrupu: Keçid balları artacaq?

“5-ci qrupda Dizayn ixtisası üzrə UNEC, BMU, Azərbaycan Texnologiya Universiteti (ATU), NDU, ADA-da qabiliyyət imtahanı vermədən təhsil almaq mümkündür”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

 

Ramin Nurəliyev bildirib ki, bu il buraxılış imtahanından 53 nəfər maksimum nəticə göstərdiyinə görə balların qalxması ehtimalı olunur: 

 

“5-ci qrupu bir neçə sahəyə bölmək olar. Fiziki tərbiyə, idman, dizayn, dekoratif sənət və rəsmxətt, musiqi sahəsi, aktyorluq və rejissorluq,xeoqrafiya sənəti və s. Bu ixtisaslar qabiliyyət tələb edən ixtisaslar olduğuna görə qabiliyyət imtahanının və buraxılış imtahanının nəticəsi əsasında ixtisas seçimi həyata keçirilir. 5-ci qrup ixtisasların hər biri üçün keçid balı 60 bal hesablanır. Xeroqrafiya ixtisası istisna digər ixtisaslarda buraxılış imtahanından 60 bal toplayan abituriyentlər bu ixtisasları seçə bilərlər. Xeroqrafiya ixtisası üzrə 30-dan çox bal toplayan abituriyentlər müraciət edə bilərlər.

Amma bu o demək deyil ki, 60 bal topladığın təqdirdə qəbul ola biləcəksən. Xeyr. Müsabiqə şərtləri 60 balın üzərindədir. Burada mübarizə ciddi olacağı üçün bəzi ixtisaslar üzrə  keçid balı hardasa 100-ün üzərində olacağı ehtimal olunur. Xüsusilə də dizayn və fiziki tərbiyə və idman ixtisasında balın artacağı gözlənilir”.

 

Təhsil ekspertinin sözlərinə görə 5-ci qrup abituriyentləri,o cümlədən subbakalavrlar qabiliyyət tələb edən ixtisaslardan imtahan verməlidirlər:

 

“Qabiliyyət imtahanının qeydiyyatı yaxın vaxtlarda açılacaq və mayın sonunadək davam edəcək. Qeydiyyat üzrə 1 istiqamət üzrə ödənişsiz, ikinci istiqamət seçdikdə isə ödənişli olacaq. Yəni 1 ixtisasın qabiliyyət imtahanına qeydiyyatdan keçdikdə ödənişsiz, 2 və daha artıq ixtisasın qabiliyyət imtahanından keçdikdə isə ödənişli olacaq. Qabiliyyət imtahanı əsasən, iki formada - məqbul, qeyri-məqbul və 10 ballıq sistem üzərindən qiymətləndirilir. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, musiqi, təsviri incəsənət müəllimliyi, adaptiv bədən tərbiyəsi, kütləvi sağlamlaşdırıcı idman, ümumi fiziki hazırlıq ixtisasları məqbul və qeyri-məqbul ilə qiymətləndirilir.

 

Rejissorluq, məşqçilik, dizayn, dekorativ-tətbiqi sənət, İnstrumental ifaçılıq, vokal sənəti, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, populyar musiqi və caz ifaçılığı, aktyor sənəti, operator sənəti, rəngkarlıq, qrafika, heykəltaraşlıq, xoreoqrafiya sənəti ixtisaslarda isə 10 ballıq sistemlə qiymətləndirilir. 10 ballıq sistemlə qiymətləndirilən ixtisaslarda  keçid balı 6-dır.  Qabiliyyət imtahanında abituriyentlər nə qədər yüksək nəticə əldə edərlərsə, bu da təbii ki, abituriyentin müsabiqədən keçmək şansını çoxaltmış olur”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox