Azedu.az

Qəzada ölən məktəbli imtahanda yüksək bal TOPLAYIBMIŞ

Məktəblər

13 May 2024, 13:41
Qəzada ölən məktəbli imtahanda yüksək bal TOPLAYIBMIŞ

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

AzEdu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox