“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə ABŞ səfəri öncəsi görüş keçirilib.
Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib.
İnstitutun direktor müavini və müsabiqə direktoru Fuad Qarayev görüş zamanı məktəblilərə tövsiyələrini verib.
Qeyd edək ki, məktəblilərimiz mayın 11-17-də ABŞ-da keçiriləcək sərgidə ölkəmizi 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə dəyərləndirilən 5 elmi-tədqiqat layihəsi ilə təmsil edəcəklər.
ISEF-ə seçim turu olan “Sabahın alimləri” respublika müsabiqəsi ölkəmizdə elmi tədqiqat işinə meyli olan və yüksək elmi tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlanması üçün 2012-ci ildən etibarən keçirilir.