Azedu.az

Dövlət qulluğuna imtahan keçiriləcək

Maraqlı

Müəllimlər və elm adamları

6 May 2024, 17:26
Dövlət qulluğuna imtahan keçiriləcək

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə 12 may 2024-cü il tarixində kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır. 

 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 

Mayın 12-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə keçiriləcək.  

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox