Azedu.az

Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

Maraqlı

Müəllimlər və elm adamları

6 May 2024, 10:12
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

İmtahan 6 iyul 2024-cü il tarixində keçiriləcək. İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 21 may 2024-cü ildir.

 

AzEdu.az xəbər verir ki, qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

 

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında LinguaSkill imtahanlarını təşkil edir.

 

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

 

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox