Azedu.az

Apreldə BŞTİ-yə 5 mindən çox müraciət daxil olub  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

3 May 2024, 12:44
Apreldə BŞTİ-yə 5 mindən çox müraciət daxil olub  

Aprel ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 5 min 442 müraciət daxil olub.

İdarədən AzEdu.az-a bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 1 871 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 637 müraciət daxil olub.

BŞTİ-yə 1532 sənəd (vətəndaşlar tərəfindən 284 ərizə, Elm və Təhsil Nazirliyindən 311, digər qurumlardan 225, tabelikdə olan təhsil müəssisələrindən 425 məktub və 287 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 402 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox