Azedu.az

Qəbul imtahanlarının I cəhdinə qeydiyyat sona ÇATIR

3 May 2024, 09:47
Qəbul imtahanlarının I cəhdinə qeydiyyat sona ÇATIR

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı sona yaxınlaşır.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu sona yaxınlaşır. 

 

Abituriyentlər 2024-cü il 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

 

3 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 26179, II qrup üzrə 21125, III qrup üzrə 22254, IV qrup üzrə isə 5411 abituriyent elektron ərizəsini təsdiq edib.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox