Azedu.az

Dövlət İmtahan Mərkəzi işə qəbul ilə bağlı müsabiqə elan edib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

3 May 2024, 08:47
Dövlət İmtahan Mərkəzi işə qəbul ilə bağlı müsabiqə elan edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı müsabiqə elan edilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

 

  • Onlayn qeydiyyat
  • Test imtahanı
  • Müsahibə

 

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı 2 iyun 2024-cü il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin saytında 22 may saat 18:00-dək aparılacaq.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün direktorların və direktor müavinlərinin müsabiqəsində ödəniş məbləği 100 AZN (ƏDV daxil olmaqla), müəllimlərin müsabiqəsində ödəniş məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

 

Şəxsi kabinet yaradıldıqdan sonra imtahanda iştirak etmək üçün DİM-in saytında “Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

 

Namizədlər aşağıda verilən keçidə daxil olmaqla işə qəbul ilə bağlı ümumi məlumat, qaydalar, test imtahanı proqramları ilə ətraflı tanış ola bilərlər:

 

//exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox