Mingəçevir məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib.
Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, aprelin 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə (IX illik) keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin IX sinif şagirdi Xəlilli Aylin Elşən qızı 300 bal toplayıb.