ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədəki Amerika Mərkəzləri ilə əməkdaşlıq edərək, məktəblilər üçün "Spelling Bee" yarışmasını elan edir.
Bu haqda AzEdu.az-a səfirlikdən məlumat verilib.
Məlumata görə, yarışma Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən Amerika Mərkəzlərində 12-13, 14-15 və 16-17 yaşlı məktəblilər arasında keçiriləcək.
Yarımfinal müsabiqəsində qalib gələnlər finalda iştirak etmək üçün Bakıya yola düşəcəklər. Bir günlük xərclər ABŞ səfirliyi tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək üçün 25 oktyabr – 10 noyabr tarixləri arasında qeydiyyatdan keçmək lazımdır! Qeydiyyatdan keçmək üçün regionunuzdakı Amerika Mərkəzinə qedərək və ya onlayn QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN FORMANI DOLDURMAQ lazımdır: //goo.gl/forms/vIUVqAecenca1hgB2
“Spelling Bee” Yarışması ingilis dilini öyrənmək üçün Azərbaycan Təhsil Nazirliyi ilə ABŞ səfirliyi arasında davam edən səylərin bir hissəsidir.
Regionlarda keçiriləcək yarimfinal müsabiqəsinin tarixləri:
Noyabr 27 – Salyan
Noyabr 29 – Xaçmaz
Dekabr 4 – Kürdəmir
Dekabr 5 – Gəncə
Final mərhələsi 15 dekabr 2018-ci il tarixində ABŞ səfirliyi və Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzində keçiriləcək.
Ətraflı məlumat üçün regionunuzda olan Amerika Mərkəzinin koordinatoru ilə əlaqə saxlayın:
Salyan (Səidə Əliyeva, Salyan Mərkəzi Kitabxanası,[email protected])
Xaçmaz (Sevda Ismayılova, Xaçmaz Mərkəzi Kitabxanası,[email protected])
Kürdəmir (Aytən Babaşova, Kürdəmir Mərkəzi Kitabxanası,[email protected])
Gəncə (Gülnaz İsgəndərova, Gəncə Mərkəzi Kitabxanası,[email protected])