Azedu.az

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

25 Aprel 2024, 11:30
Kinomuzun Babəki məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, görüş aprelin 26-da paytaxtdakı 32 nömrəli tam orta məktəbdə baş tutacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev olacaq.   

 

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox