2024-cü il aprelin 24-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahanda 10 nəfər iştirak edib.
AzEdu.az xəbər verir ki, iştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 1 may 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/toefl/