Dövlət İmtahan Mərkəzi (DİM) 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
Hər iki imtahanın nəticələri də artıq məlumdur.
Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?
AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.
Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.
Bu yazıda isə Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin əhatə etdiyi Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, və Cəbrayıl rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.
Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 300 bal toplayıb.
Rüstəmzadə Sona- Kəlbəcər rayon 37 nömrəli məktəb- 300 bal
Gülməmmədov Məhəmməd- Kəlbəcər rayon 84 nömrəli məktəb- 298 bal
Məmmədli Ayaz- H.Quliyev adına Çaytumas məktəb-liseyi- 298 bal
Cəfərli Əminə- Laçın rayon S.Fərmanov adına Kamallı kənd orta məktəbi- 298 bal
Əhmədli Ayan- Zəngilan rayon 4 nömrəli tam orta məktəb- 298 bal
İsayeva Leyla- Kəlbəcər rayon 56 nömrəli tam orta məktəb- 297 bal
Məmmədzadə Nərmin- Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəb-297 bal
Qasımov Arif- H.Fətəliyev adına Şahvəlli kənd orta məktəbi-297 bal
Əmirli Aslan- Qubadlı şəhər 4 nömrəli tam orta məktəb- 297 bal
Hüseynova Ayşə- Laçın rayonu Çıraqlı kənd orta məktəbi- 296 bal
Musazadə Aysu- Qubadlı rayon Ç.Quliyev adına Çardaxlı kənd tam orta məktəbi- 296 bal
Abdullayev Xəzər- H.Quliyev adına Çaytumas məktəb liseyi- 295 bal
Əşirəfli Aysu- V.Hüseynov adına Daşkəsən kənd orta məktəbi- 295 bal
Allahverdiyev Həşim- Zəngilan rayon 20 nömrəli tam orta məktəb- 295 bal
Səlimova Nəzrin- Zəngilan rayon 9 nömrəli tam orta məktəb- 295 bal