Azedu.az

Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər

19 Aprel 2024, 15:53
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qazaxıstanın Satbayev adına Milli Elmi-tədqiqat Universiteti (Satbayev University) arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, qazaxıstanlı tələbələr ADNSU- da iki həftəlik Elmi-tədqiqat təcrübəsi keçiblər. 


AzEdu.az xəbər verir ki, təcrübə müddətində - 2 həftə ərzində Satbayev adına Milli Elmi-tədqiqat Universitetinin (Satbayev University) 6 nəfər magistr tələbəsi əsasən ADNSU-nun Neft-mexanika (NMF), Geoloji kəşfiyyat (GKF) və İnformasiya texnologiyaları və idarəetmə (İTİF) fakültələrində keçirilən görüş və seminarlarda, tədqiqat laboratoriyalarda elmi təcrübərlərdə iştirak ediblər.

 

Bunlardan əlavə, tələbələr ADNSU-nun Tarix muzeyində də olublar və burada universitetin tarixinə dair
ətraflı məlumat alıblar. Qazaxıstanlı tələbələrin diqqətini çəkən digər mühüum yer isə ADNSU-nun zəngin mineral eksponatların toplandığı Mineralogiya muzeyi olub. Tələbələr, həmçinin təcrübə müddətində Azİİ e-Kitab Evi ilə tanış olub, dissertasiya mövzularına dair müvafiq materiallarla təmin ediliblər. Təcrübənin sonunda qazaxıstanlı tələbələrə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox