Dövlət İmtahan Mərkəzi (DİM) 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb.
Maraqlıdır, Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?
AzEdu.az Təhsil Portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.
Qarabağ Regional Təhsil İdarəsinin əhatə etdiyi Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.
İdarədən AzEdu.az-a bildirilib ki, həmin regionda ən yüksək nəticə göstərmiş şagird 300 bal toplayıb.
Əlizadə Sevinc Fuad qızı - 33 nömrəli tam orta məktəb-300 bal
Səfərli Yunis Elxan oğlu - Ş.Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəb- 298 bal
Əlifzadə Ömər Cahandar oğlu - 102 nömrəli tam orta məktəb-298 bal
Şəfiyev Ayaz Şəfi oğlu - 54 nömrəli tam orta məktəb- 298 bal
Rəcəbova Sevil Aydın qızı - N.Gəncəvi adına Avşar kənd 1 nömrəli tam orta məktəb- 297 bal
Nəcəfli Aysel Vüsal qızı - 26 nömrəli tam orta məktəb- 297 bal
Mirzalıyev Fuad Yaşar oğlu - Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbi- 296 bal
Quliyev Rafael Tofiq oğlu - M.F.Axundov adına şəhər 3 nömrəli tam orta məktəb-295 bal
Əliyeva Sevda Xaləddin qızı - Evoğlu kənd tam orta məktəbi- 295 bal
Muradova Tamilla Xəyyam qızı - Z.Əliyeva adına texniki təmayüllü məktəb-lisey-295 bal
Hüseynova Dilbər Ələddin qızı - Arayatılı kənd tam orta məktəb-295 bal
Sultanova Nərmin İlkin qızı - Bala Bəhmənli kənd tam orta məktəb-295 bal
Məmmədli Məhəmməd Vaqif oğlu - İ.Hüseynov adına Hüsənli kənd tam orta məktəb-295 bal
Abdullazadə Bəhlul Ramin oğlu - Şəhər 2 nömrəli tam orta məktəb-295 bal