Bu gün Türkiyə Cümhuriyyətinin quruluş tarixidir. 95 il öncə - 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi Türkiyəni Cümhuriyyət elan etmişdi.
Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı İmperiyası parçalanaraq ləğv edilməli idi. Lakin Mustafa Kamal Atatürkün başçılığı altında 1919-cu ildə başlayan azadlıq savaşı keçmiş imperiyanın əsas nüvəsi olan Türkiyəni Qərb ölkələrinin müstəmləkəsinə çevrilməkdən xilas etdi, dövlətçiliyini qorudu.
1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə dövlətini qurmaq yolunda Atatürk bir çox çətinlikləri dəf etməli oldu. Azadlıq müharibəsi sırasında Böyük Britaniya, Fransa, İtaliya və Yunanıstana qalib gələn siyasətçi ilk növbədə dövlətçilik konsepsiyasını dəyişdi. Yaxın Şərq və Şimali Afrikadakı ərəb ölkələrinə də hakim olmağı ehtiva edən imperiya yanaşması, Anadoluda milli türk dövlətinin qurulması konsepsiyası ilə əvəzləndi.
AzEdu.az Türkiyə Cümhuriyyətinin banisi olan Mustafa Kamal Atatürklə bağlı bir neçə xatirəni təqdim edir. Bu yaşanan hadisələrin içində Atatürkün maarifə, məktəbə, uşaqlara olan sevgisi öz əksini tapıb:
“Mənim torpağım məni kirlətməz”
Dövlət başçısı seçilən Mustafa Kamal dəniz nəqliyyatı ilə Türkiyənin bir sıra ərazilərinə səfərlər edir. Sahilboyu vilayətlərin birinə də su nəqliyyatı ilə gedən Atatürk sahilə çatarkən sürətli addımladığı üçün azacıq səmtini itirir, lakin barmaqlarını sahil qumuna batıraraq özünü yıxılmaqdan qoruyur. Tez qarşısına qaçıb, bulaşmış əllərini təmizləmək üçün ona yardım etmək istəyirlər. Amma Atatürk bir müddət barmaqlarına baxır və onlara belə cavab verir: Bu mənim torpağımdır. O məni heç vaxt kirlətməz”
“Mən sabahı gəzdirirəm”
Atatürk bir gün Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın, çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir. Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana -utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir.iclasa gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir. Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir:
-Mən Türkiyənin sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir.
Bu rəsmi heç kəsə göstərmə
Ağır Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Atatürk Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryadsa əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, məhz bu səbəbdən Məclisə bir rəssam daxil olur və Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi. Burada Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə dayanıb. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: “Bunu başqa kimsə görüb?
Rəssam “xeyr” deyəndə əlavə edir:
-Onda lütfən başqa heç kəsə göstərmə.
Rəssam tutulur nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl sənət əsəridir. Amma burada at çox yaxşı , bəslənmiş həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qla çöpə dönən birisi idik. Bilirsənmi bu nə deməkdir?
Səhvini anlayan rəssam deyir:- bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir. Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır.
Atatürk haqqında maraqlı faktlar
Xəstəliyininbaşlanğıcındaonumüayinə edənhəkimFissingergündə neçə paçkasiqaretçəkdiyinisoruşub. Atatürk “səkkiz” deyib.
Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir paçka siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: “Mən onsuz da gün ərzində ancaq bir paçka siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm” deyib.