Azedu.az

Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Məktəblər

13 Aprel 2024, 16:31
 Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Tennis üzrə ölkə birinciliyi başa çatıb.

 

Azərbaycan Tennis Federasiyasından AzEdu.az-a verilən məlumata görə, yarışda müxtəlif yaş kateqoriyalarında 46 tennisçi mübarizə aparıb. 

8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub.

 

11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk üçlükdə qərarlaşıb.

 

8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox