Türkiyənin Trabzon şəhərində 57 yaşlı müəllim 16 yaşlı qıza cinsi təcavüz etmək iddiasıyla həbs olunub.
AzEDU xarici KİV-lərə istinadən xəbər verir ki, Trabzonda təhsil alan həmin şagirdin ailəsi 2 ay əvvəl 57 yaşlı fənn müəlliminin uşaqlara cinsi təcavüz etməsi səbəbiylə polisə şikayət edib.
Şikayətlərdən sonra saxlanılan şəxs həbsxanaya yerləşdirilib. Hadisəylə bağlı araşdırma davam edir.
Nəzrin Rüstəmova