Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, imtahanda 2 əcnəbi olmaqla, 9 nəfər iştirak edib.
2024-cü il aprelin 3-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahanda 2 əcnəbi olmaqla, 9 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 13 aprel 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/toefl/