Qəndab Məmmədova dünyanın reytinqli universitetlərindən biri olan ABŞ-ın Harvard Universitetinin bakalavr pilləsinə qəbul olub.
Bu barədə AzEdu.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Qəndab Məmmədova 279 saylı məktəbin 2022-2023-cü il məzunudur.
Qeyd edək ki, Q. Məmmədova daha əvvəl bir sıra nüfuzlu beynəlxalq olimpiadaların qalibi olub. O, ötən il ABŞ-də Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı təmsil edərək qızıl medal qazanıb. Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib.