Azedu.az

Agentlikdən sertifikasiyanın keçiriləcəyi tarixlər barədə AÇIQLAMA

29 Mart 2024, 09:30
Agentlikdən sertifikasiyanın keçiriləcəyi tarixlər barədə AÇIQLAMA

Cari il təhsilverənlərin sertifikatlaşdırılma prosesində riyaziyyat və xarici dil fənnini tədris edən müəllimlər iştirak edəcək. 

 

Prosesin yay aylarında keçiriləcəyi barədə məlumat verilsə də, dəqiq tarixlər məlum deyil. 

 

AzEdu.az Təhsil Portalı tarixlərin nə zaman açıqlanacağı barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq bildirilib ki, cari ildə həyata keçiriləcək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin dəqiq tarixi hazırda məlum deyil.

 

"İmtahan prosesinin tarixi barədə ictimaiyyətə məlumat veriləcək",- deyə agentlik qeyd edib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox