Azedu.az

Şagirdlərdə riyaziyyat fənninə necə maraq oyatmaq olar?

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

24 Mart 2024, 12:15
Şagirdlərdə riyaziyyat fənninə necə maraq oyatmaq olar?

Adətən şagirdlərin dərsdə və imtahanlarda daha çox çətinlik çəkdiyi fənn məhz riyaziyyatdır. Biz bunu buraxılış imtahanlarından sonra səslənən fikirlərdə də müşahidə edə bilirik. Artıq müəllimlər də etiraf edir ki, şagirdlərin bu fənnə olan həvəsi və marağı çox azdır.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının doktorantı Süleyman Bağırov bildirib ki, müəllim dərsi halsız keçirsə, əlbəttə şagirdin dərsə olan marağı az olacaq:

 

“Uşaqlarda riyaziyyat fənninə marağın azalmasının bir səbəbi proqramın çətinliyi ola bilər. Əgər riyaziyyatdan izahlar doğru, ardıcıl, həmin izahların həyatda tətbiqi müəllimlər tərəfindən göstərilərsə, heç bir çətinlik olmaz. Yəni problemin birinci və əsas səbəbi şagirdin dərsi başa düşməməsidir.  

 

Bir neçə dərsi ard-arda başa düşməyən uşaq, ardından bu fənnə maraq göstərmir. Müəllimin ilk işi uşaqların mövzu ilə bağlı boşluqlarını tapıb, onları aradan qaldırmağa çalışmaq olmalıdır. Təhsilverənlər dərsi həvəslə keçməlidirlər. Şagirdlər müəllimlərinin dərsi həvəslə keçdiyini görməlidir. Bunu görən şagirdlər əlbəttə ki, dərsə həvəsli olacaq”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox