Azedu.az

DİM - də onlayn təlim keçirilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Mart 2024, 17:09
DİM - də onlayn təlim keçirilib

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin baş məsləhətçisi Akif Bayramov tərəfindən “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzusunda təqdimat edilib, habelə “Dövlət qulluğu - Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə ilə bağlı təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə 23 dövlət orqanının müəyyən etdiyi 72 əməkdaş iştirak edib.

 

Təlim iştirakçılarına ehtiyat kadrların formalaşdırılması qaydaları, analoji vəzifələrin müəyyən edilməsi, ehtiyat kadrların analoji vakant vəzifələrə təyin edilməsi, habelə müvafiq informasiya sistemindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

 

Təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox