Azedu.az

DİM-də növbəti məşğələlər keçirilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

7 Mart 2024, 16:23
DİM-də növbəti məşğələlər keçirilib

4-7 mart 2024-cü il tarixlərində hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursları Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün əyani, bölgələr üzrə qeydiyatdan keçmiş iştirakçılar üçün isə onlayn formada keçirilib. Həmçinin informatika fənni üzrə hazırlıq kursu bütünlüklə onlayn formada keçirilib.

 

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, tarix fənni üzrə Hafiz Cabbarov və riyaziyyat fənni üzrə Aqşin Abdullayev kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər.

 

Moderatorlar və kurs iştirakçıları təqdim olunan tapşırıq nümunələri ilə bağlı təklif və iradlarını bildiriblər.

 

Hazırlıq kurslarının məşğələləri növbəti həftə davam etdiriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox