Azedu.az

Qız uşaqlarını təhsildən yayındıran ailələr haqqında məlumat bazası yaradılıb

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

5 Mart 2024, 17:06
Qız uşaqlarını təhsildən yayındıran ailələr haqqında məlumat bazası yaradılıb

Qız uşaqlarını təhsildən yayındıran ailələr barədə yerli icra hakimiyyətlərində məlumat bazası yaradılıb.

 

AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

 

Hesabatda qeyd edilib ki, ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən həmin ailələrə səfərlər təşkil edilib.

 

Qızlarını təhsildən yayındıran ailələrin qiymətləndirilməsi və nəzarət edilməsi məqsədilə müvafiq tədbirlər görülüb.

Fidanın Ukrayna mesajının şifrəsi – Daha dəhşətli olacaq…
Son xəbərlərDaha çox