Azedu.az

DİM dövlət qulluğu üzrə imtahana hazırlaşan namizədlərə müraciət edib

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

5 Mart 2024, 16:51
DİM dövlət qulluğu üzrə imtahana hazırlaşan namizədlərə müraciət edib

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı proqramına dəyişiklik (AB vəzifə qrupu üçün) edilib. Belə ki, 27 dekabr 2001-ci il tarixli, 245-IIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədən düşməsi ilə əlaqədar həmin Qanuna aid mövzular proqramdan çıxarılaraq eyniadlı yeni Qanunda (14 iyul 2023-ci il, № 988-VIQ) öz əksini tapan müvafiq mövzularla əvəz edilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Proqramla buradan tanış olmaq mümkündür.

 

Martın 17-də keçiriləcək imtahana bu mövzulara aid test tapşırıqları daxil edilməyəcək. Müvafiq dəyişiklik may ayından etibarən keçirilən imtahanlarda nəzərə alınacaq.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox