Azedu.az

Lənkəran - Astara RTİ-də bu qədər məktəb bərpa OLUNACAQ

27 Fevral 2024, 17:01
Lənkəran - Astara RTİ-də bu qədər məktəb bərpa OLUNACAQ

Son bir ildə 113 təhsil müəssisəsində cari, 5 müəssisədə əsaslı təmir aparılıb, 3-də isə tikinti işi icra edilib.

 

Bu barədə AzEdu.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.


Bildirilib ki, 13 modul tipli məktəb tikilib istifadəyə verilib.

 

"Bu il üçün 70-80 təhsil müəssisəsində cari, 3 müəssisədə isə əsaslı təmir, 8-ə yaxın təhsil müəssisəsinin tikintisi planlaşdırılır və artıq 4-nün tikintisinə başlanılıb”.

 

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 122 məktəbəqədər, 554 ümumi təhsil, 12 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox