Azedu.az

Bu vəzifələr üzrə test imtahan mərhələsi keçiriləcək

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

26 Fevral 2024, 14:36
Bu vəzifələr üzrə test imtahan mərhələsi keçiriləcək
GÇHR, psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.
 
Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. 
 
Bildirilib ki, martın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan kitabxanaçı, psixoloq və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri (GÇHR) vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.
 
İmtahan saat 10:00-da Şəmkir şəhəri F.Salmanov adına tam orta məktəbdə (ünvan: Şəmkir şəhəri Şıxəli Qurbanov küçəsi 1) keçiriləcək.
 
 
Qeyd edək ki, test imtahanında namizədlərə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na müvafiq olaraq qanunvericilik üzrə 20 sual, İKT bacarıqlarının yoxlanılması və məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.
 
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox