Azedu.az

Zaqatalada müəllim faciəvi şəkildə ÖLDÜ - FOTO

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

23 Fevral 2024, 11:39
Zaqatalada müəllim faciəvi şəkildə ÖLDÜ - FOTO

Tarix müəllimi yol qəzasında dünyasını dəyişib.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Məlumata görə, Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarixi müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub.

 

Şəki-Zaqatala RTİ baş verən hadisə ilə bağlı başsağlığı verib:

 

“Şəki-Zaqatala RTİ rəhbərliyi və kollektivi Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarixi müəllimi Nigar Bayramovanın İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!”

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox