Azedu.az

ADU - da imtahan sessiyası necə yekunlaşıb? - SORĞU

22 Fevral 2024, 14:33
ADU - da imtahan sessiyası necə yekunlaşıb? - SORĞU

Universitetlərdə payız semestrının qış imtahan sessiyası başa çatıb.

 

Maraqlıdır, universitetlərdə imtahanlarla bağlı vəziyyət necədir?

 

AzEdu.az-a açıqlama verən Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı imtahanda 7645 tələbənin iştirak etdiyini bildirib:


“Azərbaycan Dillər Universitetində payız semestrının qış imtahan sessiyası fevralın 5-i yekunlaşıb. İmtahan sessiyasında 7645 tələbə iştirak edib. Bura həm cari tələbələr, həm də 5, 6,7-ci illər aiddir. Bu semestr zərbəçi tələbələrin sayı çox olacaq. Təqribi 60% tələbə zərbəçi, 20% əlaçı, 20% adi stipendiya alacaq. Ümumi fakültələr üzrə kəsilən tələbələr imtahan verən tələbələrin 17,18%-ni təşkil edir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox