Azedu.az

14 yaşlı məktəbli qız itkin düşüb

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

12 Fevral 2024, 09:17
14 yaşlı məktəbli qız itkin düşüb

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ev 31A, mənzil 1-də yaşayan Kəmalə Həsənova fevralın 10-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.

 

Bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2010-cu il təvəllüdlü, Binəqədi rayonu, 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əsnat Həsənli fevralın 9-da evdən çıxıb geri qayıtmayaraq itkin düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox