Magistraturaya qəbul imtahanına hazırlaşan şəxslər //otk.az/ portalına daxil olub onlayn sınaq imtahanı verə bilərlər.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda istifadə olunan test tapşırıqları 14 yanvar tarixində DİM tərəfindən keçirilmiş sınaq imtahanında istifadə olunan test tapşırıqları ilə eynidir.
Qeyd edək ki, imtahan Azərbaycan və rus bölmələri üzrə keçirilir.