"Sabahın alimləri" XIII Respublika Müsabiqəsi çərçivəsində keçiriləcək sərgidə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 4 nəfər şagird qalib olaraq iştirak etmək hüququ qazanıb.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
4 məktəbli “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində keçiriləcək sərgidə iştirak edəcək.
Qeyd edək ki, müsabiqənin məqsədi ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.