Azedu.az

İctimai Şuraya seçkilərə sənəd qəbulu başa çatır

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

31 Yanvar 2024, 12:40
İctimai Şuraya seçkilərə sənəd qəbulu başa çatır

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərə sənəd qəbulu prosesi bu gün saat 23:59-da başa çatır. 

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

 

Nazirlikdən bildirilib ki, sənədlərin qəbulu və qeydiyyatı [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır. 
 


Sonrakı mərhələdə İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.


 
Qeyd edək ki, İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən elan olunub.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox