Azedu.az

Naxçıvanda bu şəxslərin imtahan nəticələri AÇIQLANIB

Maraqlı

30 Yanvar 2024, 14:44
Naxçıvanda bu şəxslərin imtahan nəticələri AÇIQLANIB

Naxçıvanda ilk dəfə olaraq keçirilən direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test mərhələsinin nəticələri elan olundu.

 

Bu barədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.


Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün yanvarın 27-də keçirilən müsabiqənin test mərhələsinə 23 təhsil müəssisəsindən 25 vakant vəzifə çıxarılmışdır.

 

Müsabiqəyə 109 namizəd sənəd vermiş, onlardan 12-si müəyyən səbəblərdən test mərhələsində iştirak etməmişdir.

 

Müsabiqədə iştirak edən 97 namizəddən 67-si test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq müsahibə mərhələsinə iştirak hüququ qazanmışdır.

 

Qeyd edək ki, keçid balını toplayan 67 namizəd müsahibə mərhələsinə buraxılaraq komissiya tərəfindən müsahibə olunacaq.



İşə qəbul müsabiqəsinin test mərhələsinin nəticələri ilə bağlı məlumat namizədlərə SMS vasitəsi ilə göndərilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox