Bu ildən etibarən ilk dəfə magistratura pilləsi üzrə qəbul imtahanlarında tələbələrdən esse yazmaq bacarığı tələb olunur.
Maraqlıdır, xarici dil fənninə essenin əlavəsi magistraturaya qəbul imtahanlarında maksimum balın toplanmasına əngəl yarada bilər?
AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu il magistraturaya qəbul imtahanında xarici dil fənninə essenin əlavə olunması imtahan prosesinə təsir göstərməyəcək:
“Magistratuya keçirilən sınaq imtahanında müvafiq olaraq hər il olduğu kimi bu il də bakalavrlar iştirak ediblər. Onların bəziləri yenə xarici dilin çətin olması ilə bağlı müəyyən fikirlər səsləndiriblər. Məntiq və İnformatikanın çətin olması ilə bağlı bir o qədər fikir yox idi. Düzü, essenin olması bir az çaşdırıcı məqam yaradıb. Amma bu da düşünürəm ki, ümumi imtahan prosesinə təsir göstərməyəcək. Hesab edirəm ki, bakalavrlar məntiq və informatikanı rahat yazacaqlar. Sadəcə olaraq xarici dil fənninə bir az daha çox diqqət etmələrini tövsiyə edirəm. Bu ilə görə proqnozum bundan ibarətdir ki, nəticələr ötən illərlə müqayisədə bərabər olaq. Həmçinin, yüksək bal toplayan tələbələrin olacağına inanıram”.