İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, 26 yanvar tarixində təşkil olunacaq prosesin sənəd yoxlanışı mərhələsinə 112 nəfər müəllim dəvət olunub.
İş yerini qarşılıqlı olaraq dəyişmək imkanı qazanan müəllimlərə uğurlar arzulayırıq!