Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək və Şərur rayonları üzrə təhsil şöbələrinə mühasib vəzifəsi üzrə vakant olan yerlərə işə qəbul elan edir.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, namizdlərdən aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlar tələb olunur:
- Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
- “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2018-ci il 25 dekabr tarixli Q-13 nömrəli Qərarı;
- Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formaları;
- Uçot və hesabatı;
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili;
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları;
- Hesablama texnikasının istismarı qaydaları;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsasları;
- Daxili əmək intizamı qaydaları;
- Əmək qanunvericiliyinin əsasları.
Tələb olunan zəruri sənədlər:
- Müvafiq vəzifəyə uyğun ixtisası təsdiq edən orta və ya ali təhsil diplomu və ona əlavənin əsli, varsa "Peşəkar mühasib" sertifikatı,
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
Müraciət etmək istəyən şəxslərdən zəruri sənədləri Babək və Şərur rayonları üzrə təhsil şöbələrinə təqdim etməsi xahiş olunur.
Sənəd qəbulu üçün son tarix: 6 fevral 2024-cü il