Azedu.az

TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Yanvar 2024, 14:31
TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat davam edir

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

 

TKT Modul 1

TKT Modul 2

TKT Modul 3

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) 

 

16 mart 2024-cü il tarixində DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında növbəti TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, imtahana son qeydiyyat tarixi 1 fevral 2024-cü ildir.

 

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir. 

 

İmtahana qeydiyyat linki: 

 

//eservices.dim.gov.az/iexams/az/login.aspx

 

Əlavə məlumat üçün [email protected]  elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox