Azedu.az

DİM ilə Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

18 Yanvar 2024, 17:09
DİM ilə Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib

18 yanvar 2024-cü il tarixində bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini Mariana Vasileva, eləcə də DİM-in və nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

 

Görüşdə bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarında tətbiqi nəzərdə tutulan yeniliklər, bu yöndə uğurlu nəticələrin əldə olunması üçün məşqçilik ixtisasının idman növləri üzrə imtahanlarının keçirilməsi və sahələr üzrə normativlərin müəyyənləşdirilməsi haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər müzakirə edilən məsələlər üzrə birgə işlərin görülməsi haqqında razılığa gəlib. Həmçinin nəzərdə tutulan tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi üçün operativ qaydada əməkdaşlığın vacib olduğu bir daha vurğulanıb.

 

Görüşdə müvafiq istiqamətlər üzrə qabiliyyət imtahanı proqramları da təsdiq olunub.

 

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanı proqramları və normativlər yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox