“Ağır çanta şagirdlərdə xəstəliklərin yaranmasına səbəb olur”
Bu fikiri AzEdu.az-a danışan təhsil eskperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, oxumaq çətin deyil, lakin bu proses çətindir:
“Yəni biz oxumaq üçün məktəbə gedənə qədərki prosesdə sağlamlığımız üçün təhlüklələr var. Birincisi çantadır. Ağır çanta şagirdlərdə kifoz, skolioz, inkişafdan qalma, görmə problemi kimixəstəlikləri yarada bilir. Əlbəttə, bu proses çantanın çəkisində təsir göstərir. Belə ki, boş çantanın özünün ağırlığı, kitablar (Sayları çox, çəkiləri normadan artıq), iş dəftərləri və köməkçi vəsaitlər, su, yemək qabları və qələm, karandaş və digər köməkçi vasitələr təsir göstərmiş olur.
K.Əsədov bildirib ki, şagirdlər artıq çəkidə çanta daşımamalıdır:
“1-2-ci sinif şagirdləri üçün – 1,2 kq ; 3-4-cü sinif – 2,2 kq; 5-6-cı sinif –2,2 kq; 7-8-ci sinif –3,2 kq; 9-11-ci sinif – 3,2- 3,7 kq-dan artıq olmamalıdır.
Bunun üçün çantanı bir çiyində, arxada və ya əldə daşımaq əvəzinə təkərli çantalara üstünlük vermək lazımdır. Hesab edirəm ki, dərsliklər şagirdlər üçün 2 nüsxədə çap edilməli, bir nüsxəsi məktəbdə, digəri evdə qalmalıdır ki, kitab daşınması yükü aradan qalxsın”, - deyə fikrini tamamlayıb.