Azedu.az

Yataqxanada başlayan yanğında azyaşlılar xəsarət alıb? - Rəsmi CAVAB

Məktəblər

Maraqlı

18 Yanvar 2024, 12:12
Yataqxanada başlayan yanğında azyaşlılar xəsarət alıb? - Rəsmi CAVAB

Xəbər verildiyi kimi, dünən gecə saatlarında Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğın baş verib.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

 

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı AzEdu.az-a bildirib ki,22-ci məhəllədə baş verən yanğında azyaşlılardan zərərçəkən yoxdur.

 

Qeyd edək ki, Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.

 

Nigar Nəcəfova

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox